Mediasiya Şurasının daha 2 nümayəndəsi beynəlxalq sertifikatla təltif olunub- ÖZƏL
10:50 SosialMediasiya Şurasının daha 2 nümayəndəsi Çin Xalq Respublikasında keçirilən beynəlxalq seminarda uğurlu iştirakına görə sertifikatla təltif olunub. Mediasiya Şurasından Olaylar-a bildirilib ki, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında insan resurslarının inkişafı sahəsində əməkdaşlıq çərçivəsində təşkil olunan beynəlxalq seminarlarda iştirak edən Azərbaycan Respublikası Mediasiya Şurasının nümayəndələri - mediatorlar Nahid Atluxanov (Nahid Atlukhanov) və Zərifə Mustafayeva təlim proqramını uğurla başa vuraraq iştirakçı sertifikatı ilə təltif olunub.
Çin Xalq Respublikasının müxtəlif şəhərlərində keçirilən seminarlar çərçivəsində nümayəndələrimiz müasir idarəetmə, beynəlxalq əməkdaşlıq, mübahisələrin alternativ həlli mexanizmləri və digər aktual mövzular üzrə nəzəri və praktiki biliklər əldə edib, müxtəlif ölkələrdən olan iştirakçılarla təcrübə mübadiləsi aparılıb.