Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün bərabər imkanların yaradılması vacibdir- ÖZƏL
10:12 Sosial"İnklüziv cəmiyyətin qurulması hər birimizin ortaq məsuliyyətidir. Cəmiyyətimizin bütün üzvləri, o cümlədən xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün bərabər imkanların yaradılması, onların təhsil, məşğulluq və ictimai həyatda fəal iştirakının təmin edilməsi mühüm əhəmiyyət daşıyır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərdiyi diqqət və qayğı onların cəmiyyətə daha fəal inteqrasiyası üçün geniş imkanlar yaradır. Bu istiqamətdə həyata keçirilən layihələr və təşəbbüslər inklüziv dəyərlərin inkişafına mühüm töhfə verir.
İnklüzivlik yalnız sosial məsələ deyil, eyni zamanda humanizm, bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan sağlam cəmiyyətin mühüm göstəricilərindən biridir. Bu dəyərlərin cəmiyyətimizdə daha da möhkəmləndirilməsi üçün maarifləndirmə fəaliyyətinin davamlı şəkildə aparılması vacibdir.
Maarifləndirici tədbirlər cəmiyyətimizdə inklüziv düşüncənin formalaşmasına, qarşılıqlı anlayışın və sosial həmrəyliyin güclənməsinə, eyni zamanda hər kəs üçün bərabər imkanların təşviqinə mühüm töhfə verir".