Yardımlıda əlillər və şəhid ailələri üçün mənzillərin tikintisinə 2,6 milyon manat ayrıldı

Yardımlıda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün mənzillərin tikintisi üçün 2,6 milyon manat vəsait ayrılıb. "Olaylar" xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi açıq tender elan edib.

Müsabiqənin qalibi olacaq şirkətə Yardımlı rayonunda 10 ədəd üçotaqlı, 18 ədəd ikiotaqlı və 4 ədəd birotaqlı mənzilin tikintisi üçün 2 milyon 585 min 700 manat ödəniş ediləcək.

Qeyd edək ki, enderlə bağlı təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi iyulun 28-nə təyin olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31