Milli memarlığa və mədəni irsə göstərilən diqqət bu gün də davam etdirilir- ÖZƏL
11:15 Sosial"Milli memarlığa və mədəni irsə göstərilən diqqət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib: "Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işləri müasir şəhərsalma standartları, innovativ texnologiyalar və milli memarlıq elementləri əsasında aparılır. Tarixi abidələrin bərpası və yeni yaşayış məntəqələrinin yaradılması nəticəsində Azərbaycanın yeni şəhər və kənd modeli formalaşdırılır.
Azərbaycanın şəhərsalma və memarlıq inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin təşəbbüsü ilə şəhərlərin tarixi simasının qorunması, memarlıq abidələrinin bərpası və şəhərsalma fəaliyyətinin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilib".