Müəllimlərin orta aylıq əməkhaqqı məbləği açıqlandı
10:39 Sosial"2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı 4 dəfəyə qədər artıb".
Musavat.com xəbər verir ki, bu fikirləri "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazirin sözlərinə görə, müəllim heyəti üzrə orta aylıq əməkhaqqı 1030 manatdır:
"Bir sıra müəllimlərin həftəlik dərs yükünün kəskin aşağı olması orta aylıq əməkhaqqı məbləğini azaldır. 14 372 nəfərin orta dərs saatı 8 saatdır, əməkhaqqı isə 500 manata qədərdir. 1426 nəfər isə 34 saat dərs deməyə görə 2000 manat və daha artıq əməkhaqqı alır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31