Bakı şəhərinin Xətai rayonunun NZS qəsəbəsində məişət tullantılarının toplandığı ərazidə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, qeyd olunan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
"Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir", - məlumatda qeyd olunub.