Sabah Masallı və Astara rayonlarının bəzi yerlərində qaz kəsiləcək
15:46 SosialSabah Masallı və Astara rayonlarının bəzi yaşayış məntəqələrində təbii qazın verilişi müvəqqəti dayandırılacaq.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Məlumata görə, payız-qış mövsümünə hazırlıq çərçivəsində aparılan təmir-bərpa işləri ilə əlaqədar iyunun 30-da saat 10:00-dan işlər başa çatanadək Masallı rayonunun Hişkədərə, Astara rayonunun isə Pensər, Kakalos, Bala Şahağacı və Qamışoba kəndlərində qaz təchizatında müvəqqəti fasilə olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31