10 quruma Startap şəhadətnaməsi üçün müsbət rəy verilib- ÖZƏL
14:35 SosialStartap şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının növbəti toplantısı keçirilib. "Olaylar" xəbər verir ki, toplantıda Startap şəhadətnaməsi almaq üçün KOBİA -ya sənəd təqdim edən 16 sahibkarlıq subyektinin müraciətinə baxılıb. İddiaçıların səlahiyyətli nümayəndələri qısa müddətli təqdimatlar ediblər. Ekspertlər Şurasının qiymətləndirməsi əsasında 10 quruma Startap şəhadətnaməsinin verilməsi tövsiyə edilib. Şəhadətnamələr Ekspertlər Şurasının rəyi əsasında KOBİA tərəfindən veriləcək.
Qeyd edək ki, indiyə qədər 298 sahibkarlıq subyektinə Startap şəhadətnaməsi verilib. Şəhadətnamə alanlarla Startap Azərbaycan ( startup.az ) portalında tanış olmaq olar. Startap şəhadətnaməsi alanlar qanunvericiliyə görə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir