Mediasiya Şurasının üzvləri beynəlxalq seminara qatılıblar

Mediasiya Şurasının nümayəndələri Pəri Əhmədova və Ramin İsayev Çin Xalq Respublikasında keçirilən beynəlxalq seminarlarda iştirak edir.Olaylar xəbər verir ki, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında insan resurslarının inkişafı sahəsində əməkdaşlıq çərçivəsində Çində təşkil edilən 2-3 həftəlik beynəlxalq seminarlarda Azərbaycan Respublikasının Mediasiya Şurasının da təmsilçiliyi nəzərdə tutulub. Mediasiya Şurasının nümayəndələri Pəri Əhmədova və Ramin İsayev Quiyan şəhərində keçirilən təlimlərdə iştirak edir.

Qeyd olunan seminarlarda Mediasiya Şurası nümayəndələrinin, o cümlədən mediatorların iştirakı müvafiq mövzular üzrə müxtəlif formalı mübahisələrin mediasiya vasitəsilə həllində mediatorlar barədə dolğun təsəvvür formalaşdıracaq.

Belə ki, nümayəndələrimizin bu seminarlarda iştirakı onların sahəvi biliklərini inkişaf etdirəcək, beynəlxalq səviyyədə təcrübə qazanmasına və gələcək praktikaların formalaşmasına mühüm töhfə verəcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31