ABB kartı olanlar diqqət: Vəsaitlər silinir

ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb.

Milli.az xəbər verir ki, bu barədə bankın mobil tətbiqində istifadəçilərə göndərilən bildirişdə qeyd olunub.

Bankdan verilən məlumata görə, buna səbəb 3-cü tərəf sistemlərində yaranmış texniki çətinlikdir.

"Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş vermişdir. Problem yaxın zamanda aradan qaldırılacaq. Anlayışınız üçün təşəkkür edirik", - məlumatda bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31