Bütün sosial ödənişlər iyunun 24-də yekunlaşdırılacaq

Sabah bütün sosial ödənişlər yekunlaşdırılacaq.

Dövlət Sosial Müdafiə Fondunun rəsmi saytında dərc olunan məlumata görə, Fond tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının iyunun 24-də ödənilməsi nəzərdə tutulub.

Beləliklə, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.

DSMF-nin məlumatına görə, 2026-cı ilin yanvar-aprel ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 340,1 milyon manat və ya 10,79% çox olmaqla 3,49 milyard manatdan çox vəsait ödənilib.

2026-cı ildə Azərbaycanda sosial müavinət və təqaüdlər, əvvəlki illərdə həyata keçirilən sosial islahatlar nəticəsində təsdiqlənmiş və əhəmiyyətli dərəcədə artırılmış məbləğlərlə ödənilir. Ödənişlər, vətəndaşların müraciəti olmadan elektron sistem üzərindən proaktiv qaydada təyin edilir.

Əlilliyə görə sosial müavinətlər:

81-100% əlillik üçün - 300 manat, 61-80% əlillik üçün - 250 manat, 31-60% əlillik üçün - 180 manat.

Ailə başçısını itirməyə görə müavinət - 140 manat, hərbi qulluqçuların uşaqlarına müavinət - 140 manat, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına müavinət - 140 manat təşkil edir.

Qeyd edək ki, Yaşa görə müavinət (əmək pensiyası hüququ olmayanlar üçün): Əmək pensiyası üçün tələb olunan şərtləri yerinə yetirməyən, rəsmi gəliri və ya stajı olmayan şəxslərə yaşa çatdıqda təyin edilir.

Aylıq ödənişlərin (pensiya, müavinət və təqaüdlər) hansı tarixlərdə köçürüldüyünü isə Dövlət Sosial Müdafiə Fondu xəbərləri vasitəsilə izləmək mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31