Daşınmaz əmlak qaydalarını pozan vəzfilə şəxslər cərimələnəcək

Daşınmaz əmlak qaydalarının pozulmasına görə vəzifəli şəxslər cərimələnəcəklər. Bununla bağlı məsələ İnzibatı Xətalar Məcəlləsinə  təklif edilən dəyişiklikdə əksini tapıb. "Olaylar" xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılaraq müzakir olunub.
 İXM-nin 558-ci maddəsinə bu dəyişiklik təklif edilir:
"558.1-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərin və məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yerləşdirilməsi ilə bağlı müvafıq dövlət orqanlarına (qurumlarına) ünvanlanan sorğulara vaxtında cavab verilməməsinə görə- vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya iki yüz əlli manatdan dörd yüz manatadək mbləğdə cərimə edilir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31