Eks-ərinin ona "Kızılcık şerbeti"nin aktrisası ilə xəyanət etdiyini açıqladı

"Survivor" yarışması ilə tanınan Sahra Işık keçmiş həyat yoldaşı İdris Aybirdi haqqında səsləndirdiyi iddialarla gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Işık sosial şəbəkə hesabında paylaşdığı açıqlamada evlilikləri dövründə aldadıldığını bildirib.

O, keçmiş həyat yoldaşının "Kızılcık şerbeti" serialında rol alan və özünün də tanıdığı aktrisalardan biri ilə münasibətdə olduğunu boşandıqdan sonra öyrəndiyini deyib.

Sahra Işık həmin şəxsin boşanmadan dərhal sonra aktrisa ilə birlikdə Yunanıstanın Santorini adasına istirahətə getdiyini də iddia edib.

Açıqlamalardan sonra sosial şəbəkələrdə sözügedən aktrisanın Seray Kaya olduğu barədə iddialar yayılıb. Lakin nə Seray Kaya, nə də İdris Aybirdi məsələ ilə bağlı açıqlama verib.

Işık həmçinin keçmiş həyat yoldaşının ona təhdid mesajları göndərdiyini və məsələ ilə bağlı hüquqi addımlar atacağını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31