Hakimlər üçün təlim keçirilib- ÖZƏL
10:49 SosialƏdliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən Məhkəmə-Hüquq Şurasının müraciəti əsasında hakimlər üçün "Mülki (kommersiya) işlərə baxılan zaman sübutların təmin, təqdim və tələb olunması" mövzusunda təlim keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, təlimin məqsədi mülki və kommersiya mübahisələrinə baxılarkən sübutetmə institutunun aktual məsələləri, sübutların təmin olunması, təqdim edilməsi və məhkəmə tərəfindən tələb olunması mexanizmləri ilə bağlı hakimlərin bilik və praktiki bacarıqlarının daha da təkmilləşdirilməsi olub.
Tədris prosesinə Ali Məhkəmənin hakimləri Raqib Qurbanov və Vüqar Həsənov, həmçinin Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənov cəlb olunublar.
Tədbirdə ümumilikdə 65 hakim iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31