“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi yaxınlığında hərəkət istiqamətləri dəyişdirilir

Yaxın günlərdə "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ( "Piramida" tərəf) yaxınlığında hərəkət istiqamətləri dəyişdirilir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidməti məlumat yayıb.

"Ərazidəki avtobusların ləngiməsini aradan qaldırmaq məqsədilə xüsusi hərəkət zolağı təşkil olunacaq.

Digər nəqliyyat vasitələri xəritədə göstərilən yeni trayektoriya ilə Milli Gimnastika Arenası və "Koroğlu" dəmiryol dayanacağı istiqamətində hərəkət edə biləcəklər",-deyə AYNA-nın Mətbuat Xidmətindən bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31