Ağcabədi Pedaqoji Kollecinə yeni direktor və müavin təyin edilib

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində növbəti kadr dəyişiklikləri həyata keçirilib.

Agentliyin müvafiq əmri ilə Ağcabədi Pedaqoji Kollecinin rəhbər vəzifələrinə yeni təyinatlar reallaşdırılıb.

Qərara əsasən, Əhəd Məmmədov Ağcabədi Pedaqoji Kollecinin direktoru vəzifəsinə gətirilib.

Həmçinin Cəlal Bayramov tədris işləri üzrə direktor müavini təyin edilib.

Yeni təyinatların kollecin idarəetmə və tədris fəaliyyətinin daha da təkmilləşdirilməsinə xidmət edəcəyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31