"Bu cür qadınlarımız yadplanetlilərə oxşayır" - Taleh Yəhyayevdən ŞOK sözlər

Opera ifaçısı Taleh Yəhyayev estetik əməliyyatlar etdirən qadınlarla bağlı qalmaqallı fikirlər səsləndirib.

Musavat.com bildirir ki, sənətçi bu barədə "Öz aramızda" verilişində danışıb.

Taleh Yəhyayev estetik müdaxilələr edən qadınları yadplanetlilərə bənzədib:

"Onlar yadplanetlilərə oxşayırlar. Mən onları "yamaqlı gözəllər" adlandırıram. Sonradan süni şəkildə gözəlləşmək istəyirlər, amma əksinə, sahib olduqları təbii gözəlliyi də itirirlər. Şou-biznesdə də çox qadın estetik prosedurlara müraciət edir, bədənlərinin müxtəlif nahiyələrinə dolğu etdirirlər və nəticədə daha da eybəcər görünürlər. Şəxsən mən bir kişi olaraq o cür süni gözəlləri sevmirəm. Xüsusilə süni qaş-kiprikləri, saç qaynaqlarını bəyənmirəm. Sünilik qadının gözəlliyini kölgədə qoyur", - deyə o qeyd edib.

Qeyd edək ki, hər zaman qalmaqallı açıqlamaları ilə gündəmə gələn Taleh Yəhyayevin bu fikirləri də sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İfaçının sözləri istifadəçilər arasında geniş müzakirələrə səbəb olub. Bəzi şəxslər onun fikirlərini dəstəkləsə də, digərləri bu yanaşmanın qadınların şəxsi seçimlərinə hörmətsizlik olduğunu bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31