Sabah Abşeron çimərliklərində dəniz suyu 22-25 dərəcə isti olacaq
14:52 SosialMilli Hidrometeorologiya Xidməti iyunun 20-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
Proqnoza əsasən, çimərliklərdə mülayim şimal-qərb küləyi əsəcək və hava şəraiti dənizkənarı istirahət üçün əlverişli olacaq.
Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 22-23 dərəcə isti olacağı gözlənilir.
Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıx ərazilərində isə dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31