Azərbaycanı dünyada sabitlik diyarı kimi tanınır-Özəl
12:44 Sosial"Azərbaycan 35 ilə yaxındır ki, müstəqilliyini bərpa edib. İlk iki ili istisna etməklə, 1993-cü ilin iyunundan başlanan dövr ölkənin sabit inkişafı ilə yadda qalıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan inkişaf yolu Azərbaycanı dünyaya sabitlik diyarı kimi təqdim edir, qələbədən-qələbəyə aparır. Sabitlik hər bir ölkənin uğurlu inkişafı üçün əsas ilkin şərtlərdən biridir. Cənab İlham Əliyev çıxışında Azərbaycanın davamlı uğurlarını şərtləndirən amillərdən bəhs edərkən bu faktoru xüsusi vurğuladı ki, bu gün Azərbaycanın reallığını təşkil edən siyasi, iqtisadi və sosial sabitlik nəinki inkişafımızın əsas meyarıdır, o cümlədən regional inkişaf göstəricisidir. Çünki Azərbaycan regional və qlobal səviyyədə güclü əlaqələr sayəsində bir çox aspektlərdə artıq mühüm iştirakçıya çevrilib