Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti davamlı uğurlara yol açır-Özəl
12:43 Sosial"Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətinin qorunması dayanıqlı inkişafda əhəmiyyətli rol oynayır. Azərbaycanın müstəqil xarici siyasətinə beynəlxalq ictimaiyyətin güclü dəstəyi göz önündədir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Bu, istər ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında, istər Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin miqyasında, istərsə də qlobal problemlərin həllində ölkəmizin mövqeyinə, yanaşmasına verilən önəmdə öz təsdiqini tapır. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti davamlı uğurlara yol açır. Ölkəmizin yeni dostlar, tərəfdaşlar qazanması günümüzün əsas reallıqlarındandır. Ölkəmizə beynəlxalq dəstək yüksək səviyyədədir. Prezident İlham Əliyev çıxışında bu reallığa da diqqəti yönəltdi ki, bəzən "beynəlxalq ictimaiyyət" sözünü eşitdikdə bəziləri düşünür ki, o, inkişaf etmiş ölkələrdən ibarət bir məhdud qrupdur. Lakin bu, yanlış yanaşmadır. Beynəlxalq ictimaiyyət bütün dünyadan, BMT-yə üzv olan ölkələrdən ibarətdir. Dünyanın tam mütləq əksəriyyətinin dəstəyini qazanmaq, həqiqətən, yalnız bəyanatlar əsasında deyil, praktiki addımlara əsaslanan hörməti göstərir. İslam İnkişaf Bankı Qrupunun 2010-cu ildə keçirdiyi İllik Toplantısından sonra biz bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən ölkə olmuşuq. Sonuncular arasında 2024-cü ildə keçirilmiş uğurlu COP29 tədbirini, bu ilin may ayında keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasını qeyd edə bilərik. Bir çox digər tədbirlər də gözlənilir".