Deputat: Yeni yaranacaq media qurumu animasiyalar və cizgi filmləri məsələsinə diqqətlə yanaşmalıdır - ÖZƏL
12:27 Sosial"Yeni yaranacaq media qurumu animasiyalar və cizgi filmləri ilə bağlı məsələlərə diqqətlə yanaşmalıdır. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Allahverənov deyib: "Bununla da bağlı müsbət nümunələrimiz var. Misal üçün, Virtual Qarabağ Mərkəzi var ki, onun istehsal elədiyi istər "Qədim Azərbaycan", "Qarabağ" və digər mövzularda olan layihələri var, animasiyaları, cizgi filmləri var ki, geniş bir populyarlıq qazanmışdı. 10 mindən, 100 mindən artıq baxış sayını müxtəlif YouTube kanallarının üzərində qazanan bir məhsulları olmuşdur. Bax, bu istiqamətdə biz fəaliyyətimizi inkişaf etdirməklə, şübhəsiz ki, çox güclü bir inkişaf strategiyasını da müəyyənləşdirmiş olarıq və yaxşı nəticələr əldə eləyərik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31