Ənənəvi qəzet redaksiyalarının, radio-televiziya şirkətlərinin yerinə media holdinqlər gəlir - ÖZƏL

"Hazırda televiziyalarda, radiolarda, çap mediası arasında sərhədlər silinir. Rəqəmsal texnologiyanın tətbiqi ona aparıb çıxarıb ki, bu gün jurnalist həm reportaj hazırlayır, həm məqalə yazır, həm də bəzən hətta video materialları da özü hazırlayır". "Olaylar" xəbər verir ki, bun u Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Bu yaradıcılıqdakı strukturda isə biz görürük ki, əvvəlki ənənəvi qəzet redaksiyalarının, radio-televiziya şirkətlərinin yerinə media holdinqlər gəlir.

Mən ona görə də bunu konvergensiyanın bir addım kimi qiymətləndirirəm. Sadəcə bir məsələni qeyd etmək istəyirə ki, dinlə bağlı bəzən niyə yaradıldığı bəlli olmayan və nə dərəcədə doğru olduğu bilinməyən təfsirlərin, hədislərin bolluğu cəhalətə, xurafata yol açdığı kimi, informasiya bolluğu da sadəcə informasiya xaosuna deyil, həm də informasiya cəhalətinə də yol açır.

Bu yöndə ən effektiv mübarizədən biri, təbii ki, bu inzibati resursların işə salınmasıdır. Gələcəkdə yəqin süni intellekt süzgəcləri, filtrləri olacaq, amma insanlarda media savadlılığını artırmaq lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31