İlk dəfə olaraq 3 universitetimiz TOP-800-də yer alıb- ÖZƏL

"QS reytinqinin son nəticələri göstərir ki, Azərbaycan ali təhsili üçün mühüm irəliləyiş var. İlk dəfə olaraq 3 universitetimizin TOP-800-də, 7 universitetimizin isə TOP-1000-də yer alması diqqətəlayiq nailiyyətdir". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib: " Bu, universitetlərin, akademik heyətin, tələbələrin və dövlət dəstəyinin birgə nəticəsidir. Əlbəttə, hələlik bu sahədə ciddi problemlərimiz qalmaqdadır.
Universitetlərimizin ölkənin innovasiya və texnoloji inkişafına real təsirləri yetərli deyil. Dünyanın aparıcı universitetləri ilə müqayisədə elmi tədqiqatların keyfiyyəti, beynəlxalq elmi nəşrlər, xarici professor və tələbələrin cəlbi, universitet-sənaye əməkdaşlığı kimi istiqamətlərdə görüləcək işlər daha çoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31