Oteldə dəhlizin sonundakı otağı heç vaxt seçməyin
07:52 SosialOtellərə daxil olarkən çoxumuz otağın pəncərəsinin haraya açıldığına və ya yatağın ölçüsünə diqqət yetiririk. Lakin səyahət mütəxəssisləri xəbərdarlıq edir: koridorun sonundakı otaqları seçmək böyük bir səhv ola bilər.
Bəs niyə bu otaqlardan uzaq durmalısınız? Milli.Az 4 kritik səbəbi təqdim edir:
İnternet (Wi-Fi) problemi:
Əksər otellərdə Wi-Fi routerləri ya koridorun tavanında, ya da mərkəzi hissələrdə yerləşir. Koridorun ən sonundakı otaqda siqnal divarlara dəyərək zəifləyir və tez-tez kəsilir. İş və ya istirahət zamanı internetin olmaması isə ən böyük "kabus"dur.
Uzun və yorucu yol:
Liftlər və pilləkənlər adətən binanın mərkəzində yerləşir. Ağır valizlərlə və ya gün ərzində otağa tez-tez girib-çıxarkən koridorun sonuna qədər getmək həm yorucudur, həm də əlavə vaxt itkisidir.
Təxliyə çətinliyi:
Yanğın və ya zəlzələ kimi fövqəladə hallarda hər saniyə həyatidir. Koridorun sonundakı otaqlar acil çıxışlara ən uzaq nöqtələrdir. Güvənliyiniz üçün liftə və yanğın pilləkənlərinə yaxın otaqlar daha avantajlıdır.
"Mənfi enerji" (Feng Shui):
Qədim Asiya fəlsəfəsi Feng Shui-yə görə, uzun otel koridorları bir "ok" kimi qəbul edilir və onun sonundakı otaq bu okun hədəfidir. İnanclara görə, bu otaqlarda enerji axını sizi narahat edə və yuxusuzluğa səbəb ola bilər.
Otel səyahətiniz üçün 3 "Qızıl" Məsləhət:
Gecə anidən oyandıqda qaranlıqda mebellərə çırpılmamaq və ya fövqəladə halda otaqdan çıxış yolunu asan tapmaq üçün hamam qapısını aralı qoyub işığı zəif yandırmaq məsləhətdir.
Otaqdakı "divan": Çoxları bunu dekor kimi görür, amma əslində bu divanlar gigiyena üçün nəzərdə tutulub. Xarici geyimlərlə yatağa uzanmamağınız üçün paltarınızı orada dəyişə bilərsiniz.
Otellərdəki pulsuz şampunlar çox vaxt keyfiyyətsiz olur və dərinizdə allergiyaya səbəb ola bilər. Mümkün olduqca öz şəxsi gigiyenik vasitələrinizi götürün.