Kəmalə Ağazadədən xəbərdarlıq: “Xırdalan nəzarətə götürülməlidir”
15:38 Sosial"Abşeron rayonu Bakıya üz tutan bir çox region əhalisinin məskunlaşdığı ərazidir. Əsasən də məskulaşma daha çox Xırdalan şəhərinin payına düşüb. Yəni yeniyetmə və gənclərin "formalaşdığı" ərazi Xırdalandır. Xırdalanı ciddi nəzarətə götürməyin zamanıdır".
Musavat.com xəbər verir ki, bunu "Azərbaycan Uşaqlar" İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
O qeyd edib ki, evdən qaçanların bir çoxu Xırdalan ərazisində aşkarlanır:
"Bizə yerləşdirilən uşaqların 70%-i Xırdalan ərazisində ən azı bir dəfə ünsiyyətə keçmək üçün "TikTok"da tanışlıq vasitəsi ilə bura baş vuranlardır. Orda isə narkotik, fahişəlik "keyfinin" az da olsa dadına baxırlar. Evdən qaçanların bir çoxu bu ərazidə aşkarlanır...Özü də daha çox azyaşlıları kafe və çayxanalarda...Hətta işçi kimi... Həyəcan təbilini çalmağa geçikirik..."