Azərbaycanda ən yüksək maaş alanlar kimlərdir? - 5189 manat
14:08 Sosial2026-cı ilin yanvar-may aylarında Azərbaycanda ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesində olub.Dövlət Statistika Komitəsinin məlumatına görə, bu sahədə orta aylıq maaş 4 327,8 manat təşkil edib.Sektor daxilində fərqlənmə də müşahidə olunur: dövlət müəssisələrində orta aylıq əməkhaqqı 2 530,2 manat olduğu halda, qeyri-dövlət sektorunda bu göstərici 5 189,2 manat səviyyəsinə yüksəlib.
Mədənçıxarma sənayesindən sonra yüksək maaş göstəriciləri maliyyə və sığorta fəaliyyəti, eləcə də informasiya və rabitə sahələrində qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31