İsrafçılıq ailə büdcəsinə mənfi təsir göstərir- ÖZƏL
10:23 Sosial"Ailə israfı ailə büdcəsinə mənfi təsir göstərən ciddi problemlərdən biridir. İsraf dedikdə ehtiyacdan artıq pul, ərzaq, su, elektrik enerjisi və digər resursların boş yerə xərclənməsi nəzərdə tutulur". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan, Rusiya və Türkiyə İqtisad elmləri doktoru, professor Zahid Fərrux Məmmədov deyib: "Bir çox ailələr plansız alış-veriş etdikləri üçün lazımsız xərclərlə üzləşirlər. Xüsusilə qida məhsullarının istifadə edilmədən tullantıya çevrilməsi böyük israf sayılır. Su və elektrik enerjisinin qənaətsiz istifadəsi də ailə xərclərini artırır. İsraf nəticəsində ailənin yığım imkanları azalır və maliyyə çətinlikləri yarana bilər. Buna görə də ailə üzvləri xərclərini əvvəlcədən planlaşdırmalıdırlar. Lazımi qədər alış-veriş etmək və resurslardan səmərəli istifadə etmək vacibdir. Uşaqlara kiçik yaşlarından qənaətcillik vərdişləri aşılanmalıdır. Ailədə israfın qarşısının alınması həm maddi rifahın, həm də məsuliyyətli həyat tərzinin formalaşmasına kömək edir".