Mediasiya Şurasının İntizam Komissiyasının iclası keçirilib - ÖZƏL
21:03 SosialMediasiya Şurası İntizam Komissiyasının iclası keçirilib. Olaylar xəbər verir ki , Komissiyanın sədri Mayıl Bayramovun rəhbərliyi ilə keçirilən iclasda İntizam Komissiyasının üzvləri Orxan Mahmudov, Venera Əsgərova və Esmira Rzayeva iştirak edib. Komissiyanın Naxçıvan Muxtar Respublikasından olan üzvü Yusif Həsənov isə iclasa ZOOM vasitəsi ilə onlayn qoşulub.
İclasda barələrində intizam icraatı başlamış mediatorlarla bağlı müzakirələr aparılıb.
Sonda İntizam Komissiyası başlanılmış intizam icraatları ilə bağlı rəyləri Mediasiya Şurası İdarə Heyətinə təqdim edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31