Vəkillərə insan hüquqları ilə bağlı təlim keçirilib
13:41 Sosial"İnsan Hüquqları Aylığı" çərçivəsində vəkillərə "Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin (Şəxsi və ailə həyatına hörmət hüququ) milli səviyyədə tətbiqi və şəxsiyyət hüquqlarının müdafiəsi" mövzusunda təlim keçirilib. Vəkillər Kollegiyasından "Olaylar"a bildirilib ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzi və AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə "İnsan Hüquqları Aylığı" çərçivəsində vəkillərə "Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin (Şəxsi və ailə həyatına hörmət hüququ) milli səviyyədə tətbiqi və şəxsiyyət hüquqlarının müdafiəsi" mövzusunda distant formada təlim keçirilib.
Təlimdə Vəkillər Kollegiyasının üzvü Günel Sadıqova təlimçi qismində çıxış edib.
Təlimdə Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin milli səviyyədə tətbiqi, şəxsi və ailə həyatı, yazışma, fərdi məlumatlar, mənzil toxunulmazlığı barədə praktikada yaranan problemlərin həll vasitələri, 8-ci maddə üzrə əsas yoxlama alqoritminin zəruriliyi, mütənasibliyi və müvafiq olaraq digər məsələlər ətrafında geniş müzakirələr aparılıb. Sonda təlimçi tərəfindən vəkillərin sualları dinlənilib və müvafiq fikir mübadiləsi olunub.
Təlimdə Vəkillər Kollegiyasının ümumilikdə 99 üzvü iştirak edib.