Bu universitetin məzunlarına sevindirici xəbər – Qaydalar dəyişdi

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və onun filiallarından məzun olacaq tələbələrin təcrübələrinin qiymətləndirilməsi qaydasında dəyişiklik edilib.

Musavat.com xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.

Cari tədris ilində təcrübənin yekun nəticəsi tədris və istehsalat təcrübələri üzrə toplanan balların ədədi ortalaması əsasında müəyyən ediləcək.

Yeni qaydaya əsasən, tələbələrin hazırladıqları hesabatlar təcrübə rəhbərinə təqdim olunacaq, əlavə müdafiə prosesi keçirilməyəcək.

Tələbə tədris təcrübəsindən 90, istehsalat təcrübəsindən isə 80 bal topladığı halda, yekun təcrübə qiyməti bu göstəricilərin ədədi ortası hesablanaraq 85 bal təşkil edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31