Bu şəxslər digər pasiyentlərdən təcrid vəziyyətində müalicə olunacaq

Bu şəxslər digər pasiyentlərdən təcrid vəziyyətində müalicə olunacaq. "Olaylar"  xəbər verir ki, bununla bağlı təklif  "Psixiatriya yardımı haqqında" qanuna dəyişiklikdə edilir. Layihə parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qanunun 12.3 maddəsinə edilən təklifə əsasən  tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslər bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər.     
Qanunun 12.4 maddəsinə nəzərdə tutulan təklifə əsasən  tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslərin stasionar müalicəsi digər pasiyentlərdən təcrid olunmaqla aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31