Son bir ildə Azərbaycanda internetin sürəti açıqlanıb

Son bir ildə Azərbaycanda sabit genişzoalqlı internetin sürəti 16%, mobil internetin sürəti isə 31%-dək artıb.

Bu barədə İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayıb.

Bildirilib ki, genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan "Ookla" may ayı üzrə "Speedtest Global Index" hesabatını təqdim edib.

Yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 91,95 Mb/s, mobil internetin median sürəti isə 96,65 Mb/s olub.

İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 12,70 Mb/s (16,03 %), mobil internetin sürəti isə 22,82 Mb/s (30,91 %) artıb.

Paytaxtların müqayisəsinə gəlincə isə mayda Bakı şəhərində sabit genişzolaqlı internetin median sürəti 92,19 Mb/s, mobil internetin median sürəti isə 117,08 Mb/s olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31