Bu, ölkədə medianın inkişafına imkan yaradacaq- ÖZƏL

"Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır. Media və Yayım Şurası Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq". "Olaylar" xəbər verir ki, bunu "Cümhuriyət" qəzetinin baş redaktoru Rafail Becanov deyib: "Bu, ölkədə media siyasətini gücləndirilməklə yanaşı, informasiya təhlükəsizliyi və medianın inkişafının vahid tənzimləyici institut tərəfindən sistemli şəkildə həyata keçirilməsinə imkan yaradacaq. İnstitisional dəyişiklik və yeni təşkilati struktur vasitəsi ilə müasir media çağırışlarına adekvat olaraq, media resurslarına daha güclü şəkildə dəstək verilməklə, növbəti bir mərhələyə keçid edilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31