Şura sədrinə iki müavin veriləcək

Xəbər verdiyimiz kimi, Azərbaycanda media sahəsində vahid qurum - Media və Yayım Şurası yaradılacaq.

Şura sədrinin iki müavini olacaq.

Belə ki, Şuranın üzvləri öz aralarından sadə səs çoxluğu ilə iki sədr müavini seçəcəklər.

Şuranın sədri öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə həvalə edə biləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31