Qarabağda son bir həftədə nə qədər mina təmizlənib?

İyunun 8-dən 15-dək azad edilmiş ərazilərdə aparılan humanitar minatəmizləmə əməliyyatları zamanı minlərlə partlayıcı vasitə aşkar edilərək zərərsizləşdirilib.

Milli.Az xəbər verir ki, əməliyyatlar zamanı tank əleyhinə və piyada əleyhinə minalar, eləcə də partlamamış hərbi sursatlar (PHS) müəyyən olunub və təhlükəsiz şəkildə məhv edilib.

Hesabat dövründə geniş ərazilər mina və partlayıcı qalıqlardan təmizlənib.

Minatəmizləmə işləri ANAMA ilə yanaşı Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və özəl şirkətlərin iştirakı ilə həyata keçirilib.

Əməliyyatlar azad edilmiş bir sıra rayon və kəndləri əhatə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31