“Hüquq və mediasiya” mövzusunda maarifləndirici görüş keçirilib

Mediasiya Şurasının təşəbbüsü ilə mediatorlar üçün "Hüquq və mediasiya" mövzusunda maarifləndirici görüş keçirilib. Şuradan "Olaylar"a bildirilib ki, görüşdə Mediasiya Şurasının üzvü, mediator Nərvin Mahmudova və Vəkillər Kollegiyasının üzvü, vəkil Aysel Məhərrəmova iştirak edərək mediasiya fəaliyyəti zamanı qarşıya çıxan hüquqi məsələlər, mübahisələrin alternativ həlli mexanizmləri, mediasiya və vəkillik institutları arasında əməkdaşlığın əhəmiyyəti barədə təqdimatlarla çıxış ediblər. Tədbir çərçivəsində iştirakçılara praktiki fəaliyyət zamanı qarşılaşılan hüquqi məsələlərə dair faydalı məlumatlar verilib.

İnteraktiv formatda təşkil olunan görüş zamanı mediatorlar tərəfindən ünvanlanan suallar cavablandırılıb, hüquqi və peşəkar fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb. Tədbirin əsas məqsədi mediatorların hüquqi biliklərinin artırılması, peşəkar təcrübə mübadiləsinin təşviqi və mediasiya sahəsində aktual məsələlərin müzakirəsi olub.

Görüş iştirakçılar tərəfindən maraqla qarşılanıb və bu cür maarifləndirici tədbirlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31