Azərbaycanda media sahəsində vahid qurum yaradılır
10:14 SosialAzərbaycanda media sahəsinin idarə olunması ilə bağlı yeni qurumun yaradılması nəzərdə tutulur.
Milli.Az xəbər verir ki, bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan "Media haqqında" Qanuna dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, media sahəsində daha çevik və kollegial idarəetmə mexanizminə keçid məqsədilə vahid qurum - Media və Yayım Şurasının yaradılması təklif edilir.
Bildirilib ki, yeni qurum çap, onlayn və audiovizual media sahələri arasında vahid yanaşmanın formalaşdırılmasına, eləcə də informasiya sisteminin daha səmərəli tənzimlənməsinə xidmət edəcək.
Qanun layihəsində qeyd olunur ki, bu dəyişikliklər media sahəsində normativ bazanın müasirləşdirilməsinə, hüquqi müəyyənliyin gücləndirilməsinə və beynəlxalq standartlara uyğunluğun artırılmasına şərait yaradacaq.