Ölkə ərazisində intensiv xarakterli yağıntılar davam edir - FAKTİKİ HAVA
18:51 SosialSaat 18:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qazax, Ağstafa, Tovuz, Şəmkir, Ağdərə, Gədəbəy, Daşkəsən, Göygöl, Ağdam, Naftalan, Goranboyda arabir yağış yağır.
Saat 17:01-17:03 radələrində Gədəbəy rayonuna diametri 11 mm, rayonun Slavyanka, Söyüdlü, Maarif, Qaradağ kəndlərinə, saat 17:32-17:44 radələrində Göygöl rayonunun Kərəmli kəndinə dolu düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31