İyunun 15-də "ASAN xidmət" və "ASAN kommunal" işləməyəcək
14:41 SosialMilli Qurtuluş Günü ilə əlaqədar iyunun 15-də "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində vətəndaşlara xidmət göstərilməyəcək.
Bununla bağlı Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, iyunun 15-i qeyri-iş günü olduğundan mərkəzlərin fəaliyyəti dayandırılacaq.
Qeyd olunub ki, iyunun 16-dan etibarən vətəndaşlar yenidən "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərinə müraciət edərək müvafiq xidmətlərdən yararlana biləcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31