Mediatorlar üçün növbəti maarifləndirici təlim keçirilib

11 iyun 2026-cı il tarixində Azərbaycan Respublikası Mediasiya Şurası və AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə mediatorlar üçün onlayn maarifləndirici təlim keçirilib. Mediasiya Şurasından "Olaylar"a bildirilib ki, "Mediasiya və müasir beynəlxalq insan hüquqları sahəsində bərabərlik prinsipinin təmin edilməsi" mövzusuna həsr olunmuş təlim ADA Universitetinin müəllimi Natavan Rüstəmova tərəfindən təqdim edilib. Təlim zamanı mediasiya prosesində bərabərlik prinsipinin əhəmiyyəti, beynəlxalq insan hüquqları standartları və bu prinsiplərin mediator fəaliyyətində tətbiqi ilə bağlı iştirakçılara ətraflı məlumat verilib.
İnteraktiv formatda keçirilən təlim çərçivəsində mediatorları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və praktiki yanaşmalar müzakirə olunub. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31