Hava dəyişir: 5 gün yağış yağacaq

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraitinin dəyişkən olacağı, bəzi yerlərdə fasilələrlə yağıntıların müşahidə ediləcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən   verilən məlumata görə, ayrı-ayrı bölgələrdə yağıntıların intensivləşməsi, şimşək çaxması və dolu düşməsi ehtimalı var.Bəzi dağlıq və dağətəyi ərazilərdə isə yağışların daha güclü olacağı bildirilir.Qeyd olunub ki, yağıntılarla əlaqədar çaylarda sululuğun artması, eləcə də bəzi dağ çaylarında qısamüddətli daşqın və sel riski yarana bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31