Təmayül məktəblərə müəllim qəbulu elan edilib - Kimlər müraciət edə bilər?

Yeni təmayül tədris modeli tətbiq olunan məktəblərə müəllim qəbulu elan edilir.

Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

Müsahibədə iştirak üçün təhsilverənlərə qoyulan tələblər ali təhsil, MİQ imtahan balı 80 və daha yuxarı, sertifikasiya balı 51 və daha yuxarı olması, peşəsinə məsuliyyətli və inkişafyönümlü yanaşma, repetitorluq fəaliyyəti təcrübəsinin olması və yüksək səviyyədə ünsiyyət və sinfin idarə olunması bacarığıdır.

Qeydiyyat prosesi 2 iyul 2026-cı il tarixinədək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31