Mübahisədən razılaşmaya: Mediator və vəkillərin birgə missiyası

"Mediatorlar və vəkillər arasında əməkdaşlığın gücləndirilməsi mediasiya prosesinin keyfiyyətinin artırılmasına mühüm töhfə verir. Hüquqi baxımdan düzgün və peşəkar şəkildə hazırlanmış barışıq sazişləri tərəflərin hüquqlarının daha etibarlı qorunmasına xidmət edir". "Olaylar" xəbər verir ki, bu barədə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov deyib: "Bu əməkdaşlıq cəmiyyətdə hüquq mədəniyyətinin inkişafına, mübahisələrin sülh yolu ilə həllinin təşviqinə və insan hüquqlarının daha effektiv müdafiəsinə şərait yaradır. Nəticə etibarilə, mediasiyanın imkanlarının genişlənməsi hüquqi dövlət quruculuğuna və sosial harmoniyanın möhkəmlənməsinə töhfə verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31