Kitabxanaların 90 faizinə qədərində oxu zallarının olmaması ən aktual məsələdir
12:10 Sosial"Fəaliyyətdə olan kitabxanalarda ən çox qarşılaşdığımız çətinliklər kitabxananın fiziki olaraq vəziyyəti, eyni zamanda kitabxanalarda nəzərdə tutulan bölmələrin beynəlxalq standartalara və bugünkü oxucu tələblərinə cavab verməməsi ilə bağlıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsində keçirilən "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai müzakirədə mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib. Nazir müavini bildirib ki, fiziki baxımdan kitabxanaların 80 faizdən çoxunda müasir tələblərə uyğun fəaliyyətin qurulması yumşaq desək mümkün deyil: "Kitabxanaların 90 faizinə qədərində oxu zallarının olmaması infrastrukturla bağlı qarşılaşdığmız ən aktual məsələlərdəndir. Kitabxanaçı deyildikdə bu sahədə faəliyyət göstərən ixtisaslı mütəxəssisdən söhbət gedir. Reallıqda baxdıqda kitabxanaların böyük əksəriyyətində bu sahədə ixtisaslı ali təhsilli mütəxəssislərin sayı 7 faizdən bir az çoxdur".