Nikahda çəkilən görüntü hamını ŞOKA SALDI - Öz qayınanası imiş
10:48 SosialHindistanın Uttar Pradeş ştatının Kanpur şəhərində baş verən qeyri-adi evlilik hadisəsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, məlumata görə, bir kişi həyat yoldaşından ayrıldıqdan sonra keçmiş qayınanası ilə rəsmi nikaha daxil olub. Cütlüyün nikahdan sonra çəkilən görüntüləri qısa müddətdə viral yayılıb.
Sosial mediada paylaşılan videoda cütlüyün məhkəmə nikahından sonra bir-birinin boynuna ənənəvi gül çələngləri taxdığı və nikah sənədləri ilə kameraya poz verdiyi görünür. Video milyonlarla baxış toplayaraq ölkədə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
Hadisə sosial şəbəkə istifadəçilərini iki düşərgəyə ayırıb. Bir qrup insan bunun iki yetkin şəxsin şəxsi seçimi olduğunu bildirərək cütlüyə dəstək verib. Digərləri isə ailə münasibətləri baxımından bu evliliyi tənqid edib və qərarın etik mübahisələr yaratdığını vurğulayıblar.
Sözügedən cütlük evliliklərini müdafiə edərək ətrafdakı insanların və ictimaiyyətin dəstəyini gözlədiklərini açıqlayıb. Hadisə Hindistanda ailə münasibətləri və şəxsi seçim azadlığı ilə bağlı geniş müzakirələrə yol açıb.
Qısa müddətdə viral olan görüntülər ölkə mediasının da diqqət mərkəzinə düşüb və sosial şəbəkələrdə minlərlə şərhə səbəb olub.