Yeni nəsil təhsil müəssisələrinin formalaşması xüsusi əhəmiyyət daşıyır- ÖZƏL
10:22 Sosial"Müasir dövrdə təhsil sistemi sürətlə dəyişən texnoloji və sosial çağırışlara uyğunlaşmalı, ənənəvi yanaşmalarla yanaşı innovativ metodlara da geniş yer verməlidir. Bu baxımdan yeni nəsil təhsil müəssisələrinin formalaşması xüsusi əhəmiyyət daşıyır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Gənclərin yalnız nəzəri biliklərlə deyil, praktiki bacarıqlarla da təmin olunması onların gələcək karyera imkanlarını genişləndirir və beynəlxalq rəqabətdə üstünlük qazanmalarına şərait yaradır.
Eyni zamanda, beynəlxalq təhsil mühitinin yaradılması müxtəlif mədəniyyətlər arasında körpü rolunu oynayır, gənclərin dünyagörüşünü genişləndirir və onların qlobal düşüncə tərzinin formalaşmasına mühüm təsir göstərir. Düşünürəm ki, ən müxtəlif təhsil layihələri ölkəmizin insan kapitalının gücləndirilməsində strateji rol oynayır və uzunmüddətli perspektivdə Azərbaycanın inkişafına mühüm töhfə verir. Belə layihələr həm gənclərin dünya görüşünün genişlənməsinə, həm də onların qlobal əmək bazarına daha hazırlıqlı şəkildə çıxmasına şərait yaradır".