Mediasiya Şurasının üzvü "FİFA agentləri arasında mübahisə və əməkdaşlıq" platformasında çıxış edib
17:28 Sosial6-7 iyun tarixlərində QOLAT Sport Services & Agency tərəfindən AFFA-nın tərəfdaş olduğu "Football Conference Baku 2nd edition" adlı beynəlxalq tədbir təşkil olunub. Olaylar xəbər verir ki, t ədbirdə bir çox ölkələrdən - Türkiyə, Xorvatiya, Gürcüstan, Libya, Portuqaliya, İspaniya, Çexiya, Qazaxıstan, Estoniya, Albaniya və ABŞ-dan müxtəlif xarici futbol adamları - məşqçilər, skautlar, futbol agentləri, eləcə də yerli futbol məşqçiləri, skautlar, idman jurnalistləri və digər futbol sferasından nümayəndələr iştirak edib.
Tədbirdə həmçinin Mediasiya Şurasının üzvü, Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru Feyzulla Mehdiyev tədbirdə FİFA-nın lisenziyalı Futbol Agenti, eyni zamanda mediator olaraq speaker qismində çıxış edib. Onu da qeyd edək ki, Feyzulla Mehdiyev Futbol agenti Said Bağırovun rəhbərlik etdiyi QOLAT Sport Services & Agency ilə əməkdaşlıq edir.
Cari tədbirdə "Fifa agentləri arasında mübahisə və əməkdaşlıq" adlı platformada çıxış edən Feyzulla Mehdiyev yaranan mübahisələrin mediasiya yolu ilə həllinin mümkünlüyü, hazırki dövrdə də FİFA-nın bir çox əsas reqlamentlərində - oyunçuların statusu və transferi, FİFA Tribunalının Prosessual Qaydaları, Fifa Futbol Agenti Reqlamenti, FİFA-nın Mediasiya Təlimatlarıda yer aldığını, həmçinin mübahisələrin İdman Arbitraj Məhkəməsinə (CAS) verilməmişdən qabaq mediasiyaya üstünlük verilməsindən, mübahisələrin mediasiya yolu ilə həllindən danışıb və mediasiyanın bu cür mübahisələrin həllində daha səmərəli, daha effektiv olduğunu qeyd edib.