Yardımlıda "İnsan Hüquqları Aylığı"çərçivəsində maarifləndirici tədbir keçirilib-Özəl

09 iyun 2026-cı il tarixində Yardımlı Mədəniyyət Mərkəzi və Yardımlı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə "İnsan Hüquqları Aylığı"çərçivəsində maarifləndirici tədbir təşkil olunub. "Olaylar" xəbər verir ki, tədbirdə əvvəlcə torpağlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir zamanı insan hüquqlarının mahiyyəti, onların Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunması və vətəndaşların gündəlik həyatda hüquq və vəzifələrinə düzgün yanaşmasının vacibliyi barədə geniş məlumat verilmişdir. Çıxışlar zamanı hüquqların qorunması və cəmiyyətdə hüquqi məsuliyyət mövzularına xüsusi diqqət yetirilmişdir. Tədbirin əsas məqsədi insan hüquq və azadlıqları haqqında ictimai maarifləndirmənin artırılması, vətəndaşların hüquqi biliklərinin genişləndirilməsi və hüquqi mədəniyyətin formalaşdırılması olmuşdur. İştirakçılar mövzu ətrafında fəal müzakirələr aparmış, suallar vermiş və öz fikirlərini bölüşmüşlər.Tədbir yüksək səviyyədə təşkil olunmuş və iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31