Naxçıvanda vəkillik və mediasiya mövzusunda regional konfrans təşkil olunub

Naxçıvanda Azərbaycan Vəkillər Kollegiyası və Mediasiya Şurasının təşkilatçılığı ilə "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" rolu mövzusunda regional konfrans keçirilir. "Olayalar" xəbər verir ki, konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Sonra Naxçıvan Muxtar Respublikasında vəkillik fəaliyyətinə dair son üç ili əhatə edən hesabat-videoçarx nümayiş etdirilib.

Konfransda rəsmi çıxışlar olacaq, müzakirələr aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31