Sosial şəbəkədən istifadəyə yaş məhdudiyyəti tətbiq edilir

"Siyasət olaraq uşaqların sosial şəbəkələrinin zərərli təsirlərin qorunmasıdövlətimizin əsas prioritetlərindən biridir və qeyd olunan tədbirlərin həyata keçirilməsi ilə bu sahədə mövcud risklərin qarşısının alınması məqsədilə İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsi təklif olunur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin komitə iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsizinin müzakirəsi zamanı deyib: Belə ki, Məcəlləyə 388-4-cü maddənin əlavə edilməsi nəzərdə tutulur. Həmin maddə yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə vasitələrinin fəaliyyəti ilə bağlı tələblərin pozulmasına aiddir.

Qeyd etmək istəyirəm ki, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan müddəalar əvvəlki iki qanun layihəsində əksini tapan qadağalara əsaslanır. Yəni qanun layihələrində hansı hərəkətlərin qadağan olunduğu müəyyən edilir və buna uyğun olaraq İnzibati Xətalar Məcəlləsində müvafiq cərimə sanksiyaları təsbit olunur. Əlavə olaraq bildirmək istərdim ki, maddənin adından da göründüyü kimi, cərimə sanksiyalarının subyektləri vəzifəli şəxslər və hüquqi şəxslərdir.

Həmçinin qeyd etmək lazımdır ki, bu cərimə sanksiyaları törədilə biləcək inzibati xətalara görə tətbiq olunacaqdır. Xüsusilə vurğulamaq istəyirəm ki, qanun layihələri qəbul edildiyi gündən etibarən bir il sonra qüvvəyə minəcək. Bu müddət ərzində həm hörmətli media nümayəndələrinin, həm də müvafiq icra hakimiyyəti orqanlarının qanun layihələrinin tətbiqi ilə bağlı zəruri tədbirləri həyata keçirməsi üçün kifayət qədər vaxt olacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31